“Minasız Qarabağa Gedək!” adlı beynəlxalq kampaniyaya start verildi
23:01 11 İyun 2021
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi “Minasız Qarabağa Gedək!” adlı beynəlxalq kampaniyaya start verib.
Mətbuat konfransında Birliyin icraçı direktoru Zamin Zeynal, idarə heyətinin üzvləri Məcid Məmmədov və Məhəmməd Məmmədov iştirak edərək çıxış ediblər.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin rəsmiləri bildiriblər ki, sosial aksiyanı həyata keçirməkdə əsas məqsəd düşmənin bu cür addımlarını Beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq, işğala məruz qoyduqları, vandal törədikləri torpaqlarımızda qanunsuz mina yerləşdirdikləri ərazilərin xəritələrini ən qısa zamanda Azərbaycana verilməsini tələb etməkdir.
Aksiya çərçivəsində Birləşmiş Millətlər Təşkilatlarına, ATƏT-in Minsk qrupuna, siyasi təsisatlara və digər Beynəlxalq təşkilatlara Azərbaycan ərazilərində baş verən bu mina terrorlarına münasibət bildirmələrinə və Ermənistana Beynəlxalq təzyiqin göstərilməsinə çağırışlar ediləcək.
Eyni zamanda Birliyinin könüllüləri tərəfindən təbliğat xarakterli maarifləndirici flayerlərin və azyaşlı sosial media istifadəçilərinin marağını cəlb etmək üçün üzərində “Minasız Qarabağa Gedək!” şüarı yazılışmış şarların paylanılması nəzərdə tutulub.
Bu işlərlə paralel İctimai Birlik dünyada və ölkəmizdə aktiv istifadə olunan sosial media platformaları olan feysbuk, instaqram və tvitter üzərindən #MinasızQarabağaGedək #LetsgotoKarabakhwithoutmines və #ПоехаливКарабахбезмин həştəqləri ilə paylamışlar edərək sosial media istifadəçilərinin, beynəlxalq təşkilatların və media qurumlarının diqqətini bu mövzuya çəkməyə çalışır.
Təşkilat bir daha dünya ictimaiətini erməni terrorunu pisləməyə, günahsız insanların ölmünə səbəb olan mina terrorlarının müəllifi "erməni" dövlətinin qarşısını almaqda və mina xəritələrinin Azərbaycan tərəfinə verilməsində bəşəri həmrəyliyə səsləyir!
Femida.az
Oxunub: 845
Oxşar xəbərlər
- "Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək
- Qarabağda iki su anbarı tikiləcək
- Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşüb
- "Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu olub
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək