Nərimanovda gənc qız yol qəzasında yaralandı


10:22     12 İyun 2021 21_06_12_1623477377.jpg

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Əsgərzadə Türkan Zamir qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın aşıq-baldır oynağının əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 868