AZAL-ın təyyarəsinin mühərrikə quş girib, reys təxirə salınıb
10:33 12 İyun 2021
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Antalya istiqamətində reys yerinə yetirməyə hazırlaşan Airbus A320 təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb.
Femida.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilir ki, hava gəmisinin kapitanı təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul edib. Sonradan aparılan baxış nəticəsində mühərrikə quş düşdüyü aşkar edilib.
Təyyarədə olan 142 sərnişin aviaşirkətin digər təyyarəsi ilə Antalyaya uçacaq.
Oxunub: 444
Oxşar xəbərlər
- AZAL-ın Naxçıvana Ermənistan üzərindən uçması büdcə yükünü azaldacaq
- AZAL-ın təyyarəsi Qarabağın beynəlxalq hava limanında ilk eniş edib
- AZAL-ın təyyarəsi texniki nasazlığa görə eniş edib
- AZAL-ın “qara siyahı”sında 130 nəfər var
- AZAL-ın təyyarəsinin pəncərəsi sındı - Uçuş 12 saat ləngidi
- AZAL-ın təyyarəsi quşla toqquşdu
- AZAL-ın 29 ölkəyə birbaşa reysi var
- AZAL-ın işdən qovduğu əməkdaşı transseksualdan üzr istədi
- AZAL-ın prezidenti təyyarə qəzalarından danışdı