Biləsuvarda iki gənc bıçaqlanıb, onlardan biri ölüb


12:53     12 İyun 2021 bicaq.jpg

Biləsuvar rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ağayrı kəndi ərazisində qeydə alınıb.

Belə ki, tarlada bir yerdə işləyən Biləsuvar şəhər sakini, 1998-ci il təvəllüdlü Fərəcli Məhəmməd Füzuli oğlu və rayonun Ağayrı kənd sakini, 2004-ci il təvəllüdlü Abıyev Sadiq Namiq oğlu arasında avtomobildə münaqişə yaranıb. Bu zaman Məhəmməd Fərəcli Sadiq Abiyevi bıçaqlayıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

M.Fərəcli həmçinin onlarla avtomobildə olan Ağayrı kənd sakini, 2005-ci il təvəllüdlü Rüstəmov Nurlan Rüstəm oğlunu da qolundan bıçaq xəsarəti yetirib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 383