Oğlu bıçaqlandı, atası inkar etdi


20:31     30 Dekabr 2015 682b3df0fd55dd379f6496d6d4f58b65.jpg

Gəncə şəhər sakini 29 yaşlı Vasif Novruzov bıçaq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.


Femida.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, yaralıya döş qəfəsinin sol tərəfinin daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralı dərhal əməliyyat olunub. Zərərçəkənin atası Fəzamil Novruzov ilkin olaraq həkimlərə oğlunun bıçaqlandığını inkar etməyə çalışıb. Sonradan isə Vasif Novruzovun naməlum şəxs tərəfindən bıçaqlandığı məlum olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 874