Hadrutda 8 erməni hərbçinin cəsədi tapıldı


19:45     12 İyun 2021 2021/06/ermeni-meyit_1623512857.jpg

Bu gün Qarabağda aparılan axtarışlar nəticəsində daha 8 erməni hərbçinin cəsədi tapılıb.


Femida.az bu barədə erməni KİV-lərinə istinadla xəbər verir.

Məlumata görə, cəsədlərin qalıqları Hadrutda aşkar edilib. Onların kimliyinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası keçiriləcək.
Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1576 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.

Açar sözlər:

Oxunub: 902