Bakıda 21 yaşlı gənc yol qəzasında xəsarət aldı


09:05     13 İyun 2021 21_06_13_1623560764.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Avtomobil 2000-ci il təvəllüdlü Abbasəliyev Ramil Fuad oğlu idarə etdiyi motosikleti arxadan vurub. Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 796