Yasamalda 40 yaşlı kişini avtomobil vurdu


09:40     13 İyun 2021 21_06_13_1623562886.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. "Şamaxinka" adlanan ərazidə yolu keçən 40 yaşlı Seymur Alıyevi avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 795