Xarici diplomatların Ağdama səfəri başa çatıb


18:06     13 İyun 2021 21_06_13_1623593249.jpg


Azərbaycan və Türkiyədə akkreditasiya olunmuş diplomatik korpusun işğaldan azad olunan Ağdama səfəri başa çatıb.

Onlar səfərin sonunda birgə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, diplomatları Ağdama səfərdə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Qeyd edək ki, Azərbaycan və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Ağdam rayonuna səfəri zamanı Cümə məscidində olublar.

Tədbirdə iştirak edən məşhur fotoqraf Reza Deqati diplomatlara Xocalı soyqırımı barədə danışıb, soyqırımının qurbanı olmuş insanların və qaçqınların şəkillərini tədbir iştirakçılarına nümayiş etdirib.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, həmçinin ermənilərin Ağdam şəhərində, o cümlədən Cümə məscidində törətdiyi vəhşiliklərdən və dağıntılardan danışıb.

İran səfiri və səfirliyin nümayəndələri Cümə məscidində namaz qılıblar.

Səfərdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 453