Türkiyənin Azərbaycandakı səfiri Cıdır düzündə


19:17     13 İyun 2021 21_06_13_1623601072.jpg

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində olub.

Bu barədə səfir özünün tvitter səhifəsində paylaşım edib.

Səfir Şuşaya səfəri çərçivəsində Cıdır düzündə də olub.

“Cənab Prezidentimizin səfərindən öncə təhlillər üçün Şuşadayıq. Bu gün azad Qarabağın havası ilə nəfəs aldıq. Görərək və yaşayaraq deyirik ki, Şuşa Qarabağın ürəyi və Azərbaycanın tacıdır. Qarabağ Azərbaycandır!”, - səfir qeyd edib.



Femida.az

Açar sözlər:

Oxunub: 423