Bakının Nəsimi rayonunun bir hissəsində su kəsilib


19:12     14 İyun 2021 21_06_14_1623677707.jpg

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Bakının Nəsimi rayonunun 1-5-ci mikrorayonlarına içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə Femida.az-a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir. Qurum yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Açar sözlər:

Oxunub: 931