Atasını öldürən 19 yaşlı oğlanın istintaqı başa çatıb
10:58 15 İyun 2021
Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Cahangir Şükürlünün cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.
Qeyd edək ki, fevralın 13-də saat 21 radələrində Sabunçu rayon ərazisində 1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2002-ci il təvəllüdlü Cahangir Şükürlünün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Cavanşir Şükürovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cahangir Şükürlü şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Oxunub: 985
Oxşar xəbərlər
- Atasının klinikasında gözətçini öldürən şəxs hakim qarşısına çıxarıldı
- Atasını baltalayan qadın psixiatrik müalicə istəyir
- Atasının başdaşı hissələrə bölünüb supermarketə döşəndi - FOTOLAR
- Atasının bədbəxt etdiyi qadın sığınacağa yerləşdirildi
- Atasının bank kartından oğurluq etdi
- Atasının 47 min dollarını oğurlayan gənc saxlanıldı
- Atasının maşını ilə qəzaya düşdü gənc ölüb
- Atasının ikinci arvadını öldürən şəxsin məhkəməsində dava düşdü