“Ölüm halları minimum səviyyəyə enib” - TƏBİB rəsmisi


17:10     15 İyun 2021 21_06_15_1623759056.jpg


Gündəlik aparılan testlərdəki pozitivlik əmsalını müşahidə edərək deyə bilərik ki, koronavirusa yoluxma halları kifayət qədər aşağı düşüb.

Bunu Azvision.az -a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə, xəstələnmə və xəstəliyin ağır keçirilmə halları, ölüm halları da minimum səviyyəyə enib: “Burada vaksinasiyanın rolunu mütləq şəkildə vurğulamalıyıq. Hazırda ölkəmizdə uğurlu şəkildə, sürətli və kütləvi vaksinasiya prosesi davam etdirilir. Bunun da nəticəsini yoluxmalarda, xəstəlik hallarının və ölüm saylarının azalmasında görə bilirik”.

N.Mustafayeva bildirib ki, yoluxma və ölüm hallarının azalması pandemiyanın bitməsi anlamına gəlməməlidir.

“Biz bir neçə dəfə buna bənzər hal görmüşük və sonradan alovlanmaları yaşamışıq. Bu dəfə ümid edirik elə olmaz. Lakin bu, insanlarda arxayınçılıq yaratmamalıdır. Bir sıra yumaşlamalara gedilib, məhdudiyyətlər aradan qaldırılıb. Yerdə qalan hallarda qapalı məkanlarda, insanların kütləvi olduğu yerlərdə daha diqqətli olsaq, maskadan istifadə etsək, vaksinasiya olunsaq, əldə edilən uğuru qoruyub saxlaya bilərik. Bu davamlı və effektiv olar. Əhalinin aktiv hissəsinin müəyyən bir qismi xəstəliyi keçirərək sağalıb və immunitet qazanıb. Yerdə qalan əhalinin aktiv hissəsi isə vaksinasiya olunub. Nə qədər çox insanı vaksinasiya ilə əhatə etsək, bir o qədər də bu gedişat davamlı və uzunmüddətli ola bilər".

Femida.az

Açar sözlər:

Oxunub: 737


Oxşar xəbərlər