Şuşada idman tədbirlərinin təşkili planlaşdırılır
15:25 16 İyun 2021
Dünən Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada bəyannamə imzaladığı yerin arxa fonundakı dağıntılar diqqət çəkib.
Femida.az xəbər verir ki, tarixi Şuşa bəyannaməsinin imzalanması üçün tədbirin keçiriləcəyi yer xüsusi olaraq seçilib və arxa fonda erməni vəhşiliyinin nümunəsi olan dağıdılmış tikili nümayiş etdirilib. Əldə etdiyimiz məlumata görə, həmin bina Şuşanın sonuncu xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın evi olub.
Bütün dünyanın gözünün Şuşada olduğu bir məqamda hər kəs erməni hərbi-siyasi rəhbərliyinin işğal altında saxladığı əraziləri 30 il ərzində necə xarabalığa çevirdiyinin bir daha şahidi olub.
Elə dünən Şuşaya səfər edərkən də Füzuli rayonu ərazisində İlham Əliyev həmin rayondakı dağıntılar barədə türkiyəli həmkarına məlumat verərək orada şəkil çəkdirməyi təklif etmişdi. R. T. Ərdoğan və Azərbaycan Prezidenti erməni vandalizmi və vəhşiliyinin sübutlarından biri olan Füzuli xarabalığı önündə foto çəkdiriblər və bu şəkil geniş yayılıb.
İlham Əliyev mayın 12-də də Şuşaya səfər edərkən Xan qızı Natəvanın sarayına baxış keçirmişdi. Həmin zaman dövlət başçısına məlumat verilmişdi ki, Natəvanın evi də işğal dövründə dağıdılıb. Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi Xan qızı Natəvanın evində fəaliyyətə başlayıb. İşğal zamanı binaya dəyən ziyanın qiymətləndirilməsinə artıq başlanılıb. Bu prosesdən sonra burada bərpa işlərinə start veriləcək.
Oxunub: 326
Oxşar xəbərlər
- Şuşada yaşayanlara tibbi xidmətlərin göstərilməsi qaydası açıqlanıb
- Şuşada Bəyannamənin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans başlayıb
- Şuşada BMT-Azərbaycan tərəfdaşlığının ildönümü ilə bağlı konfrans başa çatıb
- Şuşada şəhid olan əsgər İkinci Fəxri xiyabanda dəfn olunacaq
- Şuşada iki nəfər minaya düşərək ölüb
- Şuşadakı terror hücumu Rusiya sülhməramlılarının laqeydliyinin nəticəsidir
- Şuşada dalğalanan Bayrağın günü - Klip
- Şuşada ermənilərin atıb qaçdığı 19 raket sistemi aşkarlanıb - FOTO
- Şuşada Daşaltı məscidinin təməli qoyulub
- Şuşada Radio-Televiziya Yayım Stansiyası tikiləcək