Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"


16:03     16 İyun 2021 2021/06/ae3b7234-ab95-30d5-b74d-145576414fc1_850_1623845082.jpg

“Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını dağıdanları görməyənlər azadlıq mübarizəsi üçün səfərbər olmuşdular. Gəlsinlər, Qarabağı, Füzulini görsünlər. Dünən oraları gördük. Onlar gələn zaman işğalçı, gedən zaman isə tar-mar edənlərdir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, azərbaycanlılar Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar: “Amma onlar hər yeri dağıtdılar. Onların dağıtdıqları yerləri Azərbaycan yenidən inşa edir. Birlikdə oraları inşa edəcəyik və yeni Qarabağ ortaya gətirəcəyik”.(report)

Femida.az

Açar sözlər: #Ərdoğan   #Milli_Məclis   #Azərbaycan  

Oxunub: 854