AZAL-ın “qara siyahı”sında 130 nəfər var


19:24     16 İyun 2021 2020/07/azal_esas_1594280136.jpg


Hazırda “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “qara siyahı”sına 130 nəfər daxildir.


Bu barədə Azvision.az-a AZAL-dan məlumat verilib. Bildirilib ki, sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır.

Məlumatda qeyd edilib ki, ilin əvvəlindən 13 nəfər siyahıdan çıxarılıb.

AZAL xatırladır ki, hava gəmisinin göyərtəsində sərnişinin davranışı digər sərnişinlər, əşyalar, hava gəmisi və ya onun ekipajı üçün təhlükə törətməməlidir. Uçuş zamanı havagəmisində sərnişinlərə siqaret çəkmək, göyərtədə sərxoş vəziyyətdə olmaq, təyyarənin qalxması və enişi zamanı elektron vasitələrdən istifadə etmək qadağandır. Telefon cihazından yalnız uçuş rejimini aktivləşdirdikdə istifadə etmək mümkündür. Sərnişin bu qayda pozuntularına yol verdikdə ona qarşı akt tərtib olunur və o, aviaşirkətin “Arzuolunmaz sərnişinlər siyahısı”na daxil edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 479