Tanışını mətbəx bıçağı ilə öldürdü - İSTİNTAQ


18:02     17 İyun 2021 mehkeme-kreslo.jpg

Fevralın 15-də paytaxtın Xətai rayonu ərazisində İsmayıl Xankərimovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.


Xətai Rayon Prokurorluğunun Femida.az-a daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin tanışı Famil İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İsmayıl Xankərimovu mətbəx bıçağı ilə vuraraq qəsdən öldürdüyü müəyyən olunub.

Famil İsmayılov Cinayət Məcəlləsinin 120.1-ci (adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Açar sözlər:

Oxunub: 484