DSMF-nin əhaliyə ödənişləri 5 faizdən çox artıb


21:07     17 İyun 2021 DSMF_26.jpg

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə ödənişləri 5 faizdən çox artıb.


DSMF-dən Femida.az-a verilən məlumata görə, fondun gəlirlərində artım tempi 2021-ci ilin yanvar-may aylarında da davam edib.

Həmin dövrdə Fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6% və ya 142,8 mln. manat artaraq 2 302,1 mln. manat olub.

DSMF gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,4% (118,8 mln. manat) artaraq, 1 527,7 mln. manat təşkil edib.

Yanvar-may aylarında Fondun əhaliyə ödənişlər üzrə xərcləri 5,1% artaraq 2 012,8 mln. manat olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1141