Bakıda avtomobil 10 yaşlı velosipedçini vurub


09:42     18 İyun 2021 21_06_18_1623993976.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Velosipedlə yolu keçən 2011-ci il təvəllüdlü Cəfərli Vaqif İmran oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 809