84 yaşlı kişi qısqanclıq zəminində arvadını çəkiclə öldürüb


10:43     18 İyun 2021 21_06_18_1623995085.jpg

84 yaşlı Madrid sakini qısqanclıq zəminində 81 yaşlı arvadını qətlə yetirib.

Femida.az İspaniyanın “Mundo” nəşrinə istinadən xəbər verir ki, hadisə paytaxtın Moratalas məhəlləsində baş verib.

Qonşulardan biri evinin pəncərəsindən kömək istəyən yaşlı qadının qışqırıq səsini eşidərkən polisə zəng edib.

Şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına qapını açıb və həyat yoldaşına çəkiclə zərbələr endirdiyini etiraf edib.

Polislər mənzildə qadının yaralı vəziyyətdə yerdə uzandığını və onun yaxınlığında çəkic olduğunu aşkar ediblər. Qadın xəstəxanaya aparılsa da, aldığı zərbələrdən dünyasını dəyişib.

Cinayəti törədən ər polisə ifadəsində bildirib ki, yoldaşı rayonun bütün kişiləri ilə gəzirdi. O, əməlindən peşmanlıq çəkmədiyini deyərək, yoldaşının belə ölümə layiq olduğunu deyib.

Qeyd edək ki, cütlük 40 ildən çoxdur ki, evli idi.

Açar sözlər:

Oxunub: 361