TƏBİB AstraZeneca vaksininin 60 yaşdan yuxarı şəxslərə vurulmasına aydınlıq gətirib
14:23 18 İyun 2021
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVAX platformasının dəstəyi ilə istehsal olunan AstraZeneca vaksininin sırf 60 yaş üzəri şəxslərə vurulmasına aydınlıq gətirib.
Femida.az xəbər verir ki, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bunu həmin vaksinin məhdud sayda olması ilə əlaqələndirib.
Onun sözlərinə görə, vaksin ölkəyə məhdud sayda gətirildiyindən onun ilk mərhələdə yaşlı və xroniki xəstəliklərdən əziyyət çəkənlərə vurulması nəzərdə tutulub: “Bu, vaksinasiya ilə bağlı mövcud standartda da qeyd olunub”.
N.Mustafayeva həmçinin bildirib ki, vaksinasiyadan 6 ay sonra növbəti dəfə peyvəndlənmək üçün hələlik heç bir qərar yoxdur: “Bui məsələ klinik araşdırmalardan sonra məlum olacaq”.
Femida.az
Oxunub: 1022
Oxşar xəbərlər
- TƏBİB antibiotiklərlə bağlı vətəndaşlara xəbərdarlıq edib
- TƏBİB “TURKOVAC” vaksini ilə bağlı vətəndaşlara çağırış edib
- TƏBİB-ə yeni səlahiyyət verilib
- TƏBİB-in sədr müşavirinin istefa ərizəsi qəbul olunub
- TƏBİB: "Son günlər yoluxma kəskin artır"
- TƏBİB-in psixoloji dətək göstərdiyi şəxslərin sayı açqılandı
- TƏBİB COVID xəstələrinə və həkimlərə müraciət edib
- TƏBİB-dən karantinlə bağlı AÇIQLAMA
- TƏBİB vaksinin mümkün əlavə təsirlərini açıqladı
- TƏBİB əməkdaşının açıq havada maska taxmamaqla bağlı açıqlamasını təkzib edib