Azərbaycan “Anadolu Qartalı - 2021” təlimində 4 təyyarə ilə iştirak edəcək


15:25     18 İyun 2021 21_06_18_1624014369.jpg

Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi iyun ayının 21-də başlayacaq.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə təlimin planlaşdırılması, ona hazırlıq prosesi, gedişi və mərhələlər üzrə icra olunan tapşırıqlar barədə ətraflı brifinq təqdim edilib.

“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 təyyarələri iştirak edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1201