İdman zallarından istifadə qaydaları açıqlandı
15:46 18 İyun 2021
Səhiyyə Nazirliyi idman zallarından istifadə qaydalarını açıqlayıb.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, zala gedən şəxslər koronavirusla bağlı bəzi tələblərə əməl etməlidirlər.
İdman zalına giriş və çıxış zamanı əllər sabun və su ilə yuyulmalıdır. Alətlərə toxunduqdan sonra əlləri antiseptik məhlulla təmizləmək tələb olunur. Zaldan istifadə üçün şəxsi əşyalar (dəsmal və s.) götürmək, içəridə ən azı 2 metr sosial məsafə saxlamaq lazımdır. İdman edərkən üzə toxunmaq olmaz. Zalda məşq edən şəxlər üzünün yerə və ya alətə toxunmadığına əmin olmalıdır.
Həmçinin paltardəyişmə otağında uzun müddət qalmamaq, xəstəlik (qızdırma, öskürək, nəfəs darlığı, baş ağrısı, halsızlıq, ishal və s.) əlamətləri olanların idman zallarına getməməsi tövsiyə olunur.
Femida.az
Oxunub: 909
Oxşar xəbərlər
- İdmançımız pauerliftinq idman növü üzrə bürünc medal qazanıb
- İdmançımızdan tarixi uğur
- İdman zalları açılır
- İdman dərslərinin evdə keçirilməsi mümkün olacaq
- İdman zalları və kinoteatrlar avqustun 31-dək işləməyəcək
- İdmançımız rəqibini peşman etdi (VİDEO)
- İdmançılarımız erməniləri finala həsrət qoydu +VİDEO
- İdman çantasında narkotik vasitə gətirdi - Gömrükdə FIRILDAQ
- İdmançımız dünya çempionatının finalına yüksəldi
- İdmançımız növbəti dəfə Avropa çempionu oldu