Rusiya Ermənistana 3,2 milyon dollarlıq yardım edəcək


12:23     19 İyun 2021 21_06_19_1624091046.jpg


Rusiya Federasiyası hökuməti BMT İnkişaf Proqramını (BMTİP) Ermənistanın ən çox zərər çəkmiş bölgələrini münaqişədən sonrakı yenidənqurma işlərinə kömək məqsədi ilə maliyyələşdirəcəkdir.

Femida.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb. Qeyd olunub ki, bu məqsədlə büdcədən 3,2 milyon ABŞ dolları ayrılıb. Səfirlik qərarla bağlı artıq Ermənistan tərəfini rəsmi şəkildə məlumatlandırıb.

Açıqlamada vurğulanıb ki, Rusiya sistemli əsasda BMT strukturlarının Ermənistanın hərtərəfli inkişafına yönəlmiş təşəbbüslərinə maliyyə dəstəyi verir.

2010-cu ildən bəri səhiyyə, təhsil, sosial-iqtisadi inkişaf (kənd və sərhəd bölgələri daxil olmaqla), Ermənistan sənayesinin rəqabət qabiliyyətinin artırılması, ətraf mühitin qorunması, fövqəladə halların idarə olunması, enerji səmərəliliyi sahələrində layihələrin həyata keçirilməsində bu cür yardımların ümumi həcmi 70 milyon dollar təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 803