İstanbulda zəlzələ olub


16:52     19 İyun 2021 istanbul.jpg

İstanbulun Mərmərə bölgəsində zəlzələ olub.

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

AFAD-ın xəbərinə görə, təkanlar Bakı vaxtı ilə saat 16.08-də Kartal rayonunda qeydə alınıb.

7 kilometr dərinlikdə baş verən zəlzələnin gücü 3,9 bal olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 988