Putin İranın yeni seçilən prezidentini təbrik edib
17:08 19 İyun 2021
Rusiya prezidenti Vladimir Putin İbrahim Rəisini İranın yeni prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
Femida.az-ın məlumatına görə, Rusiya prezidenti İranın yeni seçilən prezidentə ünvanladığı məktubda qeyd edib ki, iki ölkə münasibətləri ənənəvi dostluq və qonşuluğa əsaslanır: “Sizin prezident kimi fəaliyyətinizin müxtəlif sahələrdə ikitərəfli konstruktiv əməkdaşlıqların daha da inkişaf etməsi, həmçinin beynəlxalq məsələlərdə birgə addımların atılmasına şərait yaradacağına ümid edirəm. Bütün bunlar Rusiya və İran xalqlarının mənafeyinə tam şəkildə cavab verəcək və regional əməkdaşlığın möhkəmlənməsi istiqamətində irəliləyəcək”.
Xatırladaq ki, İranın Seçki Komissiyasının prezident seçkiləri ilə əlaqədar ilkin nəticələrinə əsasən, 28,6 milyon səs sayılıb. Sayılan səslərə görə, İranın Məhkəmə Sisteminin sədri və mühafizəkarlar düşərgəsinin təmsilçisi İbrahim Rəisi 17,8 milyon (62%) səs qazanıb. İranda 13-cü çağırış prezident seçkiləri ötən gün (18 iyun) keçirilib.
Femida.az
Oxunub: 976
Oxşar xəbərlər
- Putin Ukrayna taxılının ixracının şərtini açıqlayıb
- Putin və Ərdoğan arasında ikitərəfli görüş başlayıb
- Putin Ukraynada hərbi əməliyyat başlayandan bəri ilk xarici səfərə çıxacaq
- Putin Ermənistanda vəziyyətin qeyri-sabit olduğunu vurğulayıb
- Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
- Putin mühüm fərman imzaladı
- Putin Lavrovun sözlərinə görə İsrailə üzrxahlıq edib
- Putinə nə olub?
- Putin Aİ vətəndaşları üçün viza güzəştlərinin ləğvi barədə qanun imzalayıb
- Putin BMT baş katibi ilə görüşüb