Oğuzda avtomobil kombayna çırpılıb, sürücü ağır xəsarət alıb


21:57     19 İyun 2021 big_1405422456_qeza.jpg

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında, İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonu Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili "NİVA" markalı kombayna çırpılıb. Nəticədə minik avtomobili yararsız vəziyyətə düşüb, sürücü, 1949-cu il təvəllüdlü Atlıyev Tapdıq Cəlal oğlu ağır bədən xəsarətlərı ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəiyyəti ağır olduğu üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 306