Havada toz dumanı müşahidə olunur


12:18     20 İyun 2021 duman.jpg

Milli Hidrometeorologiya Xidmətinin Femida.az-a veridiyi məlumatına görə bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1.9 dəfə çoxdur.

Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 718