Xocalıda 2 800 ədəd çətənə kolu məhv edilib
18:42 20 İyun 2021
Xocalı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Çanaqçı kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Bu barədə Femida.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Məlumata görə, RPŞ və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 1 690 kiloqramdan artıq olan, 2 800 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Oxunub: 743
Oxşar xəbərlər
- Xocalıda yeni hərbi hissənin açılışı olub
- Xocalıda silah-sursat aşkarlanıb
- Xocalıda tikinti şirkətinin əməkdaşları minaya düşüb
- Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq
- Xocalıda itkin düşmüş 16 yaşlı Cavan - VİDEO
- “Xocavənd, Xankəndi və Xocalıda icra hakimiyyəti, polis, prokurorluq orqanları Azərbaycana aid olacaq” - AÇIQLAMA
- MN: “Xocalıdan Xankəndi istiqamətində hərəkət edən düşmən texnikası məhv edilib”
- Xocalıdakı radilokasiya stansiyası məhv edilib (VİDEO)
- "Xocalıda cinayətlərin törədilməsi sübuta yetirilib" - Xələf Xələfov
- Xocalıda itkin düşən 196 nəfərdən 95-nin əsir və girov götürülməsi təsdiqlənib