Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var


21:58     20 İyun 2021 2021/06/304f8bf1-fb25-33ec-946c-f7a3e746869c_850_1624212005.jpg

Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var
Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sürücülər - 41 yaşlı Məmmədov Vahid Ziyadxan oğlu və 40 yaşlı Rafiqov Fuad Əli oğlu müxtəlif xəsarətləri alıblar. Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. V.Məmmədova sağ mil sümüyünün sınığı, F.Rafiqova isə qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 791