Bayram günü erməni təxribatı: Düşmən susduruldu
16:03 31 Dekabr 2015
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 119 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Çaylı, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Novruzlu, Cəvahirli, Kəngərli, Sarıcalı, Şuraabad, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 120 dəfə atəş zərbəsi endirib.
Oxunub: 942
Oxşar xəbərlər
- Bayram günü rayona gedən qonşularının evini yardı - FOTO
- Bayram günlərində 16 mindən çox sərnişin daşınıb
- Bayram günləri yol qəzaları - 9 ölü, 45 yaralı
- Bayram günlərində 6 nəfər öldü, 32 nəfər xəsarət aldı
- Bayram gecəsi 12 nəfər tutuldu
- Bayram gecəsi həmyerlisini güllələdi - Sabirabadda
- Bayram günü özünü asdı
- Bayram günləri sürücülər postlarda istirahət edə biləcək
- Bayram günləri hava necə keçəcək? - XƏBƏRDARLIQ
- Bayram günlərində telefonlar borca görə bağlanmayacaq