Paşinyanın partiyası yeni hökuməti formalaşdıracaq


09:50     21 İyun 2021 21_06_21_1624257558.jpg


Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş razılaşması” partiyası ölkənin yeni parlamentində konstitusiya çoxluğuna sahib olacaq.

Femida.az xəbər verir ki, bunu Paşinyan “Facebook” səhifəsində yazıb.

“MSK tərəfindən yayımlanan ilkin seçki nəticələrinə görə, "Vətəndaş razılaşması" partiyası yeni seçilmiş parlamentdə konstitusiya çoxluğuna sahib olacaq (105 deputatdan ən azı 71 nəfər ) və mənim rəhbərliyim altında hökumət quracaq" - Paşinyan əlavə edib.

Onun sözlərinə görə, 105 mandatdan azı 71-nə sahib olacaqlar.

Femida.az

Açar sözlər:

Oxunub: 846