Terrorçu silahlı birləşmənin tərkibində döyüşən daha 13 erməninin məhkəməsi keçirilib


14:45     21 İyun 2021 21_06_21_1624272344.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Femida.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxslərəhüquqları izah edilib. Bildirilib ki, həmin şəxslər dövlət hesabına vəkillərlə təmin olunublar.

Məhkəmədə vəkillər vəsatətlə çıxış ediblər.

Vəsatət təmin olunmayıb.

Məhkəmənin baxış iclası iyulun 1-nə təyin edilib. Proses Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında keçiriləcək.

Açar sözlər:

Oxunub: 453