Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü


15:10     21 İyun 2021 21_06_21_1624273890.jpg

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov UEFA-nın baş katibi Teodor Teodoridislə görüşüb.

Femida.az -;n milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, görüşdə AVRO-2020-nin Bakıda keçirilən oyunları ilə bağlı müzakirələr aparılıb. UEFA rəsmisi təşkilatı işlərdən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, Teodor Teodoridis AVRO-2020-də A qrupunun iyunun 20-də Bakı Olimpiya Stadionunda keçirilmiş İsveçrə - Türkiyə qarşılaşmasını izləyib. Görüş İsveçrə yığmasının qələbəsi ilə yekunlaşıb - 3:1.

Açar sözlər:

Oxunub: 851