Neft yenidən ucuzlaşdı


17:13     31 Dekabr 2015 717e6f7640bb6f03c11d440cf4e3ac901.jpg

Elektron birjalarda WTI neftinin bir barelinin qiyməti 1,27 dollar, yaxud 3,40% ucuzlaşaraq 36,60 dollar təşkil edib.


Femida.az-ın məlumatına görə, "Brent" markalı neft də ucuzlaşıb. Neftin bir barelinin dəyəri 1,05 dollar və ya 2,80% düşərək 36,74 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti bu günün sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 41 dollar/barel olacaq.

Açar sözlər:

Oxunub: 821