Azərbaycanda polis özünü güllələdi - RƏSMİ


19:45     21 İyun 2021 2021/06/1164077_1624290493.jpg

Balakən Rayon Polis Şöbəsinin əməkdaşı xidməti silahla özünü vuraraq intihar edib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a bildirilib ki, hadisə iyunun 21-i saat 19 radələrində baş verib. Balakən Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş ximdəti silahla özünə atəş açaraq intihar edib.

Hazırda faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 533