Ərdoğan: “Azərbaycana hər cür dəstəyi davam etdirəcəyik”


20:58     21 İyun 2021 erdogan3_0_0.jpg

“Şuşanın azadlığa qovuşması Azərbaycan torpaqları üçün sadəcə torpağını geri əldə etmək demək deyil. Bu gözəl şəhəri işğaldan qurtarmaqla bütün Qarabağ və Azərbaycan torpaqları ən qısa zamanda bərpa edilərək, əsil kimliyinə qovuşacağına inanıram. Türkiyə olaraq biz hər cür dəstəyi davam etdirəcəyik”.


Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında iyunun 15-16-da Azərbayacana səfəri haqqında danışarkən deyib.

R.T.Ərdoğan bildirib ki, Qarabağın Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Xocavənd rayonları da eyni şəkildə sürətlə bərpa ediləcək.

Açar sözlər:

Oxunub: 287