Avropa Şurasının Baş katibi Ermənistanın mina xəritələrini Azərbaycana verməsini zəruri hesab edir
19:32 22 İyun 2021
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç AŞPA-nın yay sessiyasında çıxışında Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırılmış minaların xəritələrini verməsinin zəruriliyi məsələsini vurğulayıb.
Mariya Peyçinoviç-Buriç qeyd edib ki, keçmişdə konfliktin olduğu regionda minaların qalması insan həyatına çox təsir edir: “Unudulmamalıdır ki, mina xəritələrinin əldə olunması və onların ərazidən təmizlənməsi çox vacibdir. Əks təqdirdə, bura insanların geri qayıtması və orada yenidən həyat qurması üçün uyğun olmayacaq".
Hazırda hərbi əsirlərlə bağlı narahatlıqların da olduğunu bildirən Baş katib Avropa Şurasının Azərbaycanla Ermənistan arasında əsirlərin və mina xəritələrinin mübadiləsini alqışladığını vurğulayıb: "Bu, demək olar ki, iki dövlət arasında ilk simvolik və çox vacib humanitar və insani reaksiyadır. Ümid edirəm ki, gələcəkdə bunlar davam edəcək".
Oxunub: 675
Oxşar xəbərlər
- Avropada təbii qazın qiyməti ucuzlaşıb
- Avropada təbii qazın qiyməti yüksəlib
- Avropa İttifaqı Rusiya qazının əvəzedicisini tapıb
- Avropa Komissiyası Aİ-yə Rusiyaya qarşı yeni neft embarqosu layihəsi təklif edib
- Avropa Parlamenti Aİ-də şəffaflığın və demokratiyanın vəziyyətindən narahatdır
- Avropada qazın qiyməti həftəsonu 5 faiz ucuzlaşıb
- Avropa İttifaqı Şurasının Prezidenti Kiyevdə səfərdədir
- Avropada qazın qiyməti kəskin ucuzlaşıb
- Avropanın 4 ölkəsinin prezidenti Ukraynaya yola düşüb
- Avropa İttifaqı diplomatik missiyasını Kiyevə qaytarır