Azərbaycan və Pakistan müdafiə nazirlərinin müavinlərinin görüşü olub


21:17     22 İyun 2021 2021/06/98552cb1-ae40-34f5-ae88-c1546bf8854e_850_1624385934.jpg

Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Pakistan İslam Respublikasının müdafiə nazirinin müavini, general-leytenant Mian Muhəmməd Hilal Hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, görüş iyunun 22-də Moskvada keçirilən IX Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

Görüşdə tərəflər hər iki ölkənin orduları arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə edib, hərbi əməkdaşlığın əsas istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.

Açar sözlər:

Oxunub: 254