Qarabağda həbs edilən erməni cinayətkarların məhkəməsində zərərçəkmişlər dindirilib


13:18     23 İyun 2021 2021/06/Screenshot_1-56_1624440005.png

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmişlərin ifadə verib.

Onlar əsirlikdə təqsirləndirilən şəxslər tərəfindən dəfələrlə işgəncələrə məruz qaldıqlarını deyiblər.

Daha sonra təqsirləndirilən A.Xosrovyan dindirilib.

Məhkəmənin növbəti iclası iyunun 30-na təyin edilib.

Açar sözlər:

Oxunub: 312