DİM: Müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə mənfi təsir göstərir
15:23 23 İyun 2021
1992–2020-ci illər üzrə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili göstərir ki, bu illər ərzində ali təhsil müəssisələrinin qəbul planı 2.88 dəfə, abituriyent ərizələrinin sayı isə 2.1 (subbakalavrlarla birlikdə 2.28) dəfə artıb.
Femida.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib. Bildirilib ki, illər üzrə bu göstəricilərin dinamikası müxtəlif olub. Təqdim olunacaq abituriyent ərizələrinin sayının əvvəlcədən proqnozlaşdırılmasına baxmayaraq, qəbul planları tərtib edilərkən heç də həmişə abituriyentlərin gözlənilən sayı nəzərə alınmayıb. Ali təhsil müəssisələri üçün plan yerləri ən çox 2020-ci ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox 2008-ci ildə olub.
Ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2019-cu ilə təsadüf edir. Qeyd etmək lazımdır ki, müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə mənfi təsir göstərir, ixtisaslar üzrə keçid ballarının aşağı düşməsinə səbəb olur.
Oxunub: 304
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"