Ali məktəblərdən qovulan tələbələrin sayı AÇIQLANDI


17:00     23 İyun 2021 2021/06/60d32ed46bf4e60d32ed46bf4f162445282060d32ed46bf4c60d32ed46bf4d_1624453339.jpg

2020-ci ildə müxtəlif səbəblərə görə ali məktəblərdən xaric edilən tələbələrin sayı açıqlanıb.

Femida.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib. Bildirilib ki, ötən il akademik borca görə, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar, təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə, təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı 6954 olub.

Təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaric edilən tələbələrin sayı 4352 olub. Onlardan 2642-si bakalavriat, 363-ü magistratura, 608-i tam orta ixtisas bazası, 739 nəfərini orta ixtisas bazası üzrə təhsil alan tələbələr təşkil edib.

Açar sözlər:

Oxunub: 686