Masallıda gənc süni göldə batıb


18:07     23 İyun 2021 21_06_23_1624457285.jpg

Masallı rayonunda 18 yaşlı gənc süni göldə batıb.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Babaküçə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Əliyev Xəyal Kamal oğlu süni göldə boğulub.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc qrupu axtarışlar aparır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 588