Baş Prokurorluqdan "Azure” biznes mərkəzindəki intiharla bağlı açıqlama


10:58     24 İyun 2021 21_06_24_1624517001.jpg

Baş Prokurorluq "Azure” biznes mərkəzində baş verən intihar hadisəsi ilə bağlı açıqlama yayıb.

Baş Prokurorluqdan Femida.az-a cavab olaraq bildirilib ki, iyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edib.

Faktla bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır: "Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi, bu barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək".

Açar sözlər:

Oxunub: 661