5863 hərbçi “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib


11:50     24 İyun 2021 21_06_24_1624521045.jpg

İyunun 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5863 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 4-ü general-mayor, 39-u polkovnik, biri 1-ci dərəcəli kapitan, 98-i isə polkovnik-leytenantdır.

Açar sözlər:

Oxunub: 783


Oxşar xəbərlər