Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 2 dəfədən çox artıb


16:05     24 İyun 2021 21_06_24_1624536941.jpg

Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 170,6 milyon manat ipoteka krediti verilib.

Femida.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 8,95 dəfə artaraq 112,7 milyon manat olub.

Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsait dəyişməyərək 55 milyon manat qalıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 52,9% və yaxud 2,1 dəfə azalaraq 35,6 milyon manata düşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 772