Putin Paşinyanı təbrik etdi


18:32     24 İyun 2021 2021/06/pashinyan-putin-77_1624545226.jpg

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın telefon danışığı olub.


Femida.az “”Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Putin Paşinyanı növbədənkənar parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

“Tərəflər regiondakı vəziyyət, 9 Noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatların bəndlərinin tətbiqindəki irəliləyiş məsələlərinə toxundular”, - deyə məlumatda bildirilir.

Açar sözlər:

Oxunub: 820