Britaniya səfiri Rusiya XİN-ə çağırılıb
18:57 24 İyun 2021
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri Debora Bronnert bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Femida.az-ın xəbərinə görə, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfir Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Defender” tipli minadaşıyan gəminin Rusiya Federasiyasının Qara dənizdəki dövlət sərhədini pozması ilə əlaqədar nazirliyə dəvət olunub.
Britaniyalı diplomatın diqqətinə çatdırılıb ki, Rusiya bu hərəkəti təxribatçı və təhlükəli hesab edir.
“Bu cür təxribatlara və onların mümkün nəticələrinə görə bütün məsuliyyət Britaniyanın üzərinə düşür”, - deyə Rusiya XİN-dən bildirilib.
Qeyd edək ki, iyunun 23-də Rusiya MN məlumat yayaraq, Britaniyaya məxsus “Defender” tipli minadaşıyan gəminin sərhədi pozduğunu, 3 km dərinliyə qədər irəlilədiyini bildirib. Məlumatda qeyd olunub ki, gəmi sərhədi pozacağı təqdirdə, silah tətbiq olunacağı barədə xəbərdarlığa məhəl qoymayıb. Belə olan halda keşikçi gəmisi xəbərdarlıq atəşi açıb. Bunun ardınca isə Su-24M təyyarəsi “Defender” gəmisinin hərəkət kursu üzrə xəbərdarlıq bombası atıb. Qara dəniz donanması və Sərhəd Xidmətinin birgə səyi nəticəsində Britaniya gəmisi Rusiyanın ərazi sularını tərk edib
Oxunub: 761
Oxşar xəbərlər
- Britaniya, ABŞ, Kanada və Yaponiya Rusiyadan qızıl idxalına qadağa qoyub
- Britaniya Baş Qərargahı Rusiya ilə müharibəyə hazırlaşmağa, güclü ordu yaratmağa çağırıb
- Britaniya kəşfiyyatı: “Ukrayna Xerson istiqamətində müəyyən uğurlar qazanıb”
- Britaniya Putinin qohumlarına sanksiya tətbiq edib
- Britaniya kəşfiyyatı Rusiya ordusunun durumunu açıqlayıb
- Britaniya MN: "İziumun cənubunda şiddətli döyüşlər gedir"
- Britaniya Ukraynaya 20 özüyeriyən artilleriya qurğusu verməyi planlaşdırır
- Britaniya Odessanı müdafiə etmək üçün Ukraynaya silah göndərəcək
- Britaniya kəşfiyyatı Ukraynadakı son vəziyyətlə bağlı məlumat yayıb
- Britaniya şirkəti "Vejnəli" yatağını istismar edəcək