Ucarda yol qəzası 1600 abonentin qazsız qalmasına səbəb olub
19:22 24 İyun 2021
Ucarda baş verən yol qəzasında 1600 abonent qazsız qalıb.
Hadisə bu gün axsam saatlarında H. Əliyev prospektində qeydə alınıb.
Ucar rayon sakini, 1991-cı il təvəllüdlü Həsən Tərlanovun idarə etdiyi "Chevrolet" markalı maşın ilə Qalib İmanovun idarə etdiyi "Mercedes" markalı minik maşını toqquşub. Nəticədə "Chevrolet"in sürücüsü H. Tərlanov aldığı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində qaz xətti ciddi zədələnib.
Ucar qaz istismar sahəsindən verilən məlumata görə, 1600 abonentin qaz təchizatı dayandırılıb. İstismar sahəsindən o da bildirilib ki, qısa müddətə qaz sızması dayandırılacaq və abonentlər təbii qazla təmin olunacaqlar.
Fakt araşdırılır.
Oxunub: 387
Oxşar xəbərlər
- Ucarda üzərinə benzin tökərək yandıran əlil ölüb
- Ucarda piyadanı yük qatarı vurub öldürüb
- Ucarda yol qəzasında ana və 7 aylıq körpəsi xəsarət alıb
- Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən qəza baş verib
- Ucarda evlərdən 13 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
- Ucarda yeniyetmə oğlan qardaşını qətlə yetirib
- Ucarda oğurluq edən şəxs saxlanılıb
- Ucarda şadlıq sarayının sahibi həbs edilib
- Ucarda evində narkotik "parnik"i yaradan şəxs saxlanılıb
- Ucarda maşın aşıb, ər və arvad xəsarət alıb - FOTO