Ceyhun Bayramov Avropa İttifaqının üç ölkəsinin XİN başçısı ilə görüşüb


13:11     25 İyun 2021 2021/06/13685-1624613196_1624613821.jpg

“Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku və Azərbaycanda səfərdə olan Avropa İttifaqı nümayəndə heyətinin digər üzvləri ilə maraqlı fikir mübadiləsi apardıq”.


Femida.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tvitterdə yazıb.

“Regional təhlükəsizlik məsələləri, regional əməkdaşlıq perspektivləri və Aİ ilə əlaqələr barədə danışdıq”, - o vurğulayıb.

Xatrırladaq ki, Avropa İttifaqının üç ölkəsinin xarici işlər nazirləri Cənubi Qafqaz turu çərçivəsində Bakıya gəliblər. Nazirlər Yerevan və Tbilisiyə də səfər edəcəklər.

Açar sözlər:

Oxunub: 711